Tikinti şirkətləri üçün 3D satış platforması
Binanı tikilməmiş satın.
Alıcı mənzilini 3D modeldə seçir, içində 360° gəzir və müraciətini elə oradaca göndərir.
Portfel
Layihələr
Hər demo canlıdır: açın, binanı fırladın, mənzil seçin, içəri girin. Layihə adları və qiymətlər nümunədir.
Kompleksdə bina seçimi, mərtəbə sxemi, yuxarıdan mərtəbə planı və hər mənzilin 3D turu — satış ofisinin bütün yolu bir səhifədə.
- 4 bina
- 2 640 mənzil
- Mərtəbə planı
- 5 mənzil tipi
Mövcud memarlıq renderinin üzərində qüllə, mərtəbə və mənzil seçimi. Hər mənzil üçün plan, qiymət və 360° tur.
- 3 qüllə
- 568 mənzil
- Mərtəbə planı
- 360° tur
Brauzerdə canlı render olunan kompleks. Hər mənzil ayrıca obyektdir, mərtəbələri kəsib içinə baxmaq olur.
- 3 blok
- 148 mənzil
- Kəsik görünüş
- Fasad rejimi
İki mərtəbəli villa: fasad materialı, hovuz və digər seçimlər qiyməti dərhal dəyişir. Gündüz və axşam işığı.
- 280 m²
- Fasad seçimi
- Mərtəbə planı
- 360° tur
Kottec şəhərciyinin 3D masterplanı. Sahə sot ilə, ev tipi və torpaq + tikinti qiymət bölgüsü ilə.
- 24 sahə
- 3 ev tipi
- Sot üzrə qiymət
- 360° tur
Xidmətlər
Satış ofisinizi ekrana daşıyırıq
Layihənin növündən asılı olaraq bu modulları birləşdiririk.
3D bina və mənzil seçimi
Bloku, mərtəbəni və mənzili model üzərində seçmək. Status rəngləri, filtr, şahmat cədvəli.
360° interyer turu
Hər mənzil tipi üçün otaqdan otağa gəzinti. Pəncərədən layihənin real mənzərəsi görünür.
Villa konfiquratoru
Fasad materialı, hovuz, günəş panelləri. Qiymət seçimlə birlikdə dərhal yenilənir.
Masterplan və torpaq satışı
Kottec şəhərciyində sahələr sot ilə, ev tipi və qiymət bölgüsü ilə birlikdə.
Satış paneli
Status və qiymətləri özünüz dəyişirsiniz. Müraciətlər mənzil nömrəsi ilə satış menecerinə düşür.
Sayt, ofis ekranı, sosial media
Saytınıza bir sətir kodla qoşulur. Satış ofisindəki sensor ekranda və telefonda eyni işləyir.
Proses
Fayldan satışa dörd addım
Memarlıq faylınız varsa, sıfırdan modelləşdirmə lazım deyil.
Faylları göndərirsiniz
3D model, mərtəbə planları və mənzil siyahısı: nömrə, sahə, qiymət, status.
1 günModeli hazırlayırıq
Ağır hissələri təmizləyir, hər mənzili ayrıca obyekt edir, interyer və panoramaları qururuq.
1–3 həftəPlatformanı qururuq
Sizin brend və domen, satış paneli, müraciət forması, dil seçimi.
3–5 günSatışa başlayırsınız
Sayt, ofis ekranı, reklam linkləri. Satılan mənzil hər yerdə dərhal boz olur.
davamlıPulsuz Saytınızın qurulması pulsuzdur. 3D platformanı qurduğumuz layihə üçün saytın özü ayrıca ödəniş tələb etmir.
.ifc.rvt.pln.skp.fbx
.glb.3ds.dwg.pdf.xlsx
Layihənizi bizə göstərin, demonu sizin binanızla quraq
Bir binanın və bir mənzil tipinin faylını göndərin. İki həftəyə öz layihənizin işlək demosunu görəcəksiniz.